Ömrünün 24 ilini pauerliftinq idman növünə həsr edən qəhrəmanımız əldə etdiyi uğurlarla daima üçrəngli bayrağımızı zirvələrə qaldırıb.
Söhbət Şamaxı sakini, beynəlxalq dərəcəli hakim, dünya və Avropa rekordçusu, Əməkdar idman ustası Rüstəm Musayevdən gedir. Onu qələbədən-qələbəyə aparan uğurunun arxasında əzm, mübarizə, ən önəmlisi isə vətən sevgisi durur.
Rüstəm 16 yaşında olarkən ilk məşqlərinə Şamaxıda yerləşən kiçik idman zalında başlayır. Onun uğurlu nəticələri universitet illərində özünü göstərir. Birinci kurs tələbəsi Rüstəm Musayev 1996-cı ildə keçirilən respublika turnirinə qatılaraq birinci olur.
Daha ətraflı videosüjetdə: