Bu ilin ilk rübündə (yanvar-mart) Azərbaycanda əhali alkoqollu içkilərə ayda adambaşına orta hesabla 2.35 manat vəsait xərcləyib.
Oxu.Az Yeniavaz.com-a istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 5% artıb.
Qeyd edək ki, alkoqollu içkilərə ən çox Qazax-Tovuz iqtisadi rayonunda pul xərclənib.
Bu iqtisadi rayonda sakinlər ayda adambaşına orta hesabla 3.9 manat içkiyə pul xərcləyiblər. İçkiyə ən az pul xərcləyənlər isə Lənkəran-Astara iqtisadi rayonunda yaşayanlar olub - ayda adambaşına orta hesabla 1.4 manat.
Alkoqollu içkilərə ayda adambaşına xərclənən vəsait iqtisadi rayonlar üzrə aşağıdakı kimi olub:
Qazax-Tovuz - 3.9 manat;
Şəki-Zaqatala - 2.6 manat;
Bakı - 2.5 manat;
Gəncə-Daşkəsən - 2.5 manat;
Abşeron-Xızı - 2.5 manat;
Mərkəzi Aran - 2.5 manat;
Qarabağ - 2.4 manat;
Naxçıvan - 2.4 manat;
Şərqi Zəngəzur - 2.2 manat;
Mil-Muğan - 2.2 manat;
Quba-Xaçmaz - 2 manat;
Dağlıq Şirvan - 1.6 manat;
Şirvan-Salyan - 1.5 manat;
Lənkəran-Astara - 1.4 manat.