Ermənistanda keçirilən parlament seçkisindən sonra müxalifət "Çiçəklənən Ermənistan" partiyasının lideri Qaqik Tsarukyana qarşı cinayət işi açılıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Sputnik Ermənistan" ölkənin Baş Prokurorluğuna istinadən məlumat verib.
"Qaqik Tsarukyana qarşı cinayət işi açılıb", - deyə məlumatda bildirilib.
Cinayət işinin rəsmi səbəbi kimi xüsusilə külli miqdarda vergidən yayınma göstərilib.
Qeyd edək ki, Qaqik Tsarukyan ölkədən çıxmaq istəyərkən hava limanında buna icazə verilməyib. Daha sonra qabaqlayıcı tədbir kimi "Çiçəklənən Ermənistan" liderinin ölkədən çıxışına qadağa qoyulub.
