Bakı Ağır Cinayətlər Məhkəməsinin iki hakiminin səlahiyyət müddəti bitib.
Oxu. Az-ın əldə etdiyi xəbərə görə, bunlar - Səbuhi Hüseynov və Faiq Qəniyevdir.
Bununla bağlı müvəqqəti olaraq həmin hakimlərin icraatına yeni cinayət işləri verilmir.
Qeyd edək ki, hakimlərin beş ildən bir səlahiyyət müddəti başa çatır.
Bu müddət ərzində yoxlamalar aparılır və bunun nəticəsində müddətin uzadılması məsələsinə baxılır.
Etibar Məmmədov
www.oxu.az