Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
![İki yaşlı Asunun yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var](https://images.oxu.az/2025/02/10/QwDtLBMpMpSSP2PeawUEoVnGaSEmVp43imUkUb0p:1200.jpg)
İki yaşlı Asunun yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var
İki yaşlı Asunun yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Maisa Katibova məlumat verib.
O bildirib ki, övladı Asu ağır xəstəlikdən əziyyət çəkir.
"2024-cü ilin iyul ayında qızım Asu Əsgərovanın ayaqlarında zəifləmə müşahidə edilməyə başladı. İlk olaraq Gəncədəki xəstəxanalara müraciət etdik və həkimlər uşağımın vəziyyətini ciddi hesab etməyərək, əzələ dartılmasından bəhs etdilər. Lakin vəziyyət pisləşərək, şişin onurğa bölgəsinə yayıldığı aşkarlandı. Şişin müalicə edilməməsi ciddi nəticələrə səbəb oldu.
Təcili olaraq Ankaradakı "Memorial" xəstəxanasına müraciət etdik və burada həyata keçirilən müayinələr nəticəsində qızımda nadir və irəliləmiş onurğa xərçəngi olduğu müəyyən edildi. Müalicə olaraq kimyaterapiya başlanıldı, bu müddət ərzində xərclərimiz 150 min manat oldu. Həkimlər şişin böyüməsinin qarşısını almaq üçün radioterapiya və əlavə kimyaterapiya təyin etdilər.
Ankaradakı müalicə xərcləri çox yüksək olduğu üçün mən maddi cəhətdən çətinlik yaşayıram və qızımın müalicəsinin davam etməsi üçün yardımsevər şəxslərdən dəstək istəyirəm. Hər hansı bir yardım, dəstək bizim üçün çox önəmlidir. Müalicənin davamı üçün 1 aylıq radioterapiya üçün 12 min manat, 2 seans kimyaterapiya üçün 50 min manat, əməliyyat üçün 40 min manat, cəmi 102 min manat vəsaitə ehtiyacımız var".
Ailə ilə əlaqə: +90 543-678-33-20 (WhatsApp)
Bank Respublika: 4628 1671 4100 6685.
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- 13 yaşlı Zəhra ölümlə mübarizə aparır: Dəstəyə ehtiyacı var
- Ağır yanıq xəsarətləri alan iki bacının dəstəyə ehtiyacı var
- Bir yaşlı Banunun yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var
- Azyaşlı övladları olan ana ölümlə mübarizə aparır: Artıq uşaqlarını da tanımır
- Üç övladını eyni xəstəlikdən itirən ana yardım DİLƏYİR
Rəylər