Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
![Oksford Universitetinin tələbəsinə "Bakı Metropoliteni"ndə yüksək VƏZİFƏ VERİLDİ](https://images.oxu.az/2025/02/10/TgPgykleoxeHvarKadDhzxs04cYLkCSvnVEUzpxi:1200.jpg)
Oksford Universitetinin tələbəsinə "Bakı Metropoliteni"ndə yüksək VƏZİFƏ VERİLDİ
Nərgiz Rövşən qızı Mustafayeva "Bakı Metropoliteni" QSC-nin Strateji inkişaf departamentinin rəisi təyin edilib.
Oxu.Az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.
Bildirilib ki, Nərgiz Mustafayeva əmək fəaliyyətinə 2002-ci ildə "Əsrin müqaviləsi" çərçivəsində "Azəri-Çıraq-Günəşli" layihəsi üzrə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətində başlayıb. 2006-ci ildən etibarən BP şirkətində "Ekologiya və ətraf mühitin mühafizəsi" üzrə müşavir vəzifəsini icra edib. Ətraf mühitə təsirin analitik qiymətləndirilməsi, bu istiqamətdə bir sıra iri layihələrin idarə edilməsində qrup rəhbəri vəzifələrində çalışıb. 2012-ci ildən etibarən Azərbaycan, Gürcüstan və Türkiyə regionunun "Komplayns, Maraqların qorunması və Ekoloji hüquqi normalar" üzrə şöbə müdiri vəzifəsini icra edib. 2018-ci ildən BP şirkətinin "Hasilat, Quyuqazma, Təhlükəsizlik və Əməliyyat riskləri üzrə Modernizasiya və Transformasiya müşaviri" vəzifəsində əmək fəaliyyətinə davam edərək BP şirkətinin strateji inkişaf və transformasiya istiqamətlərini idarə edib. 2019-cu ildən Orta Şərq, Afrika, Asiya və Avstraliya üzrə Agility (Çeviklik) departamentinin regional rəhbəri vəzifəsini daşıyıb.
Orta təhsilini Bakıda başlayaraq ABŞ-nin Ohayo ştatında bitirib. Ali təhsilini Bakı Dövlət Universiteti Fiziki və iqtisadi coğrafiya fakültəsində davam edib. Hazırda Oksford Universitetində təhsilini davam etdirir.
"Bakı Metropoliteni QSC" teqi üzrə xəbərlər
- Bakı metrosunda vaqonun tavanından su axmasının SƏBƏBİ BİLİNDİ
- Yeni inşa olunacaq metro stansiyaları ilə bağlı açıqlama
- Bəxtiyar Məmmədov: "Həzi Aslanov" stansiyasının dalanı təmir üçün hazır vəziyyətə gətirilib"
- Bakı metrosunun sərnişindaşımanın maya dəyərini süni şəkildə artırdığı üzə çıxıb
- Bakı metrosunun iş qrafikində dəyişiklik ediləcək
Rəylər