İmişlidə məktəblini ilan sancıb.
Oxu.Az Qafqazinfo-ya istinadla xəbər verir ki, hadisə rayonun Oruclu kəndində baş verib. Belə ki, Oruclu tam orta məktəbin 8-ci sinif şagirdi Həsənli Amil ötən gün axşam saatlarında dərsdən çıxarkən, onu qəfil ilan sancıb. Məktəbli valideynləri tərəfindən rayon xəstəxanasına aparılıb.
Hazırda onun səhhəti qeyri-qənəatbəxşdir. Valideynləri H.Amili Bakıya xəstəxanaya gətirməyə hazırlaşırlar.
E.Ə.
www.oxu.az