Günümüzdəki əmlak məsələləri hər zaman olduğu kimi öz aktuallığını qorumaqdadır. İstədikləri məkanda, arzulanan xidmət və keyfiyyətdə mənzil əldə etmək istəyənlər müvafiq kriteriyalara uyğun olan mənzilin satış qiyməti ilə razılaşmalı olurlar.
Müasir dövrümüzdə, əmlak bazarı inşaatı bir birini müşayiət edən bir çox layihələr ilə gündəmdədir. İnşaat şirkətlərinin keçmişdə həyata keçirdiyi əmlak layihələri, təqdim etdikləri məhsullar, brendin loyallığı, və digər göstəricilər potensial alıcılar üçün vacib amillərdən hesab olunur. Belə ki, bir çox şirkətlər kəskin bazar rəqabəti şəraitinə davam gətirə bilməyərək, adlarının nüfuzunun, və müştəri məmnuniyyətinin qorunub saxlanılmasında çətinlik çəkirlər.
Başda premium layihələr olmaqla inşaat şirkətlərinin əksəriyyəti öz adlarını tanıtdırmaq və bazarda olan nüfuzlarını genişləndirmək məqsədilə, təqdim etdikləri layihələrinin qısa zamanda bitəcəyini vəd edirlər. Sözügedən seqmentdə investisiya və yaşayış məqsədilə alıcıların əsas hədəfləri təhvil verilmiş binalara yönəlmişdir. Cari dövrümüzdə öz seqmentində təhvil verilmiş və inşası bitmiş layihə Vurgun Residence premium yaşayış kompleksi hesab olunur. Bu layihə PMD şirkəti tərəfindən həyata keçirilməklə yanaşı, 20 il müddətinə Paşa Bank vasitəsilə ipoteka imkanlarını da alıcılarına təqdim etməkdədir. Digər layihələr üzrə inşaat şirkətləri tərəfindən ilin sonu və ya 2022-ci ilə kimi tamamlanma vədləri verilməklə müştəriləri məlumatlandırmaqdadır.