Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

İnsan alverinə qarşı mübarizədə iştirak edən QHT-lərə 140 min manat vəsait ayrılıb
Ötən il insan alverinə qarşı mübarizədə iştirak edən ixtisaslaşmış 10 qeyri-hökumət təşkilatlarına (QHT) 140 500 manat vəsait ayrılıb.
Oxu.Az xəbər verir ki, bu, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2024-cü il üşün illik məlumatında əksini tapıb.
Sənəddə vurğulanıb ki, insan alverinə qarşı mübarizədə iştirak edən ixtisaslaşmış qeyri-hökumət təşkilatlarının maliyyə təminatının artırılması məqsədilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən elan edilmiş qrant müsabiqəsi çərçivəsində 10 müvafiq təşkilata 140 500 manat vəsait ayrılıb, həmçinin insan alveri cinayətlərinin qurbanı olmuş şəxslərin sosial reabilitasiyasına, sığınacaqda saxlanılmasına və onlara birdəfəlik müavinətlərin verilməsinə Daxili İşlər Nazirliyi tərəfindən 59 786 manat xərclənib.
Qeyd edək ki, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı parlamentin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb.
Mərahim Nəsib
"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- Paytaxtda taksi sürücülərinin etik davranışı ilə bağlı tədbir görüldü: Saxlanılanlar var
- Onlayn kredit götürmək istədi, qarşı tərəfin dələduzluğunun qurbanı oldu
- Nizami rayonunda tibbi maska ilə kamuflyaj olunaraq quldurluq edən şəxs saxlanılıb
- Daxili İşlər Nazirliyi UFC-nin Bakıdakı turniri ilə bağlı MƏLUMAT YAYDI
- Bakıda DƏHŞƏTLİ qəzanın ANBAAN VİDEOSU: Özünü avtomobilin önünə atdı