“Hazırda iranlı mütəxəssislər Azərbaycanda özəl tibb mərkəzi yaradırlar. Azərbaycan vətəndaşları bu tibb mərkəzində İranda göstərilən bütün tibbi xidmətlərdən istifadə edə biləcəklər”.
Oxu.Az-ın məlumatına görə, bunu APA-nın Tehran bürosuna İran parlamentinin İqtisadiyyat komissiyasının sədri Məhəmmədrza Puribrahimi Davərani deyib.
M.Puribrahimi Davərani bildirib ki, mövcud şəraitdə Azərbaycan və İran arasında tibb sahəsində əməkdaşlıq üçün geniş potensial var:
“Ümid edirəm bu sahədə əməkdaşlıq inkişaf etdiriləcək”.
S.B.
www.oxu.az