Ağdaş rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın Report-a istinadən xəbərinə görə, hadisə rayonun Pirəzə və Ağzıbir kəndləri arasında qeydə alınıb.
Belə ki, həmin ərazidə “Hyundai-Sonata” və “VAZ-2107” markalı avtomobillər toqquşub.
Qəza zamanı “VAZ-2107” markalı avtomobilin sürücüsü, Ağdaş rayonunun Qaraoğlan kənd sakini 17 yaşlı Məmmədov Turan Xaləddin oğlu qəza zamanı aldığı xəsarətlərdən ölüb.
Həkimlər digər yaralıların vəziyyətini orta-ağır kimi qiymətləndiriblər.
Xəsarət alan şəxslərin hamısı Ağdaş rayonunun Qaraoğlan kənd sakinləridir.
Faktla bağlı araşdırma aparılır.
S.B.
www.oxu.az