İsveçli səyahətçilər Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər çərçivəsində Cəbrayıl rayonunda yerləşən Xudafərin körpüsündə olublar.
“Report”un Cəbrayıla ezam olunan əməkdaşının xəbərinə görə, onlara Xudafərin körpüsünün tarixi haqqında məlumat verilib.
Bələdçi bu körpünün Azərbaycan və İranı birləşdirdiyini, həmçinin bir vaxtlar Böyük İpək Yolunda əsas rol oynadığını bildirib.
Qeyd edək ki, İsveçin beynəlxalq səyahətçilər elitasının cəmləşdiyi “Club 100” təşkilatının geniş heyəti Qarabağ və Şərqi Zəngəzura üçgünlük səfər edib.
Nümayəndə heyəti Ermənistanın işğal dövründə törətdiyi dağıntılar, eləcə də torpaqlarımız işğaldan azad edildikdən sonra burada aparılan böyük quruculuq işləri ilə tanış olub.




09:09
“Club 100” təşkilatının 30-dan çox səyyahdan ibarət nümayəndə heyəti bu gün Zəngilan rayonuna gəlib.
“Report” xəbər verir ki, bu gün onların işğaldan azad edilmiş ərazilərə səfərinin son günüdür.
Qonaqlara Ağalı kəndi göstərilib, bu ərazilərin bərpası istiqamətində görülən işlərdən danışılıb.
Xatırladaq ki, mayın 11-də İsveçdən olan tanınmış səyyahların Qarabağa və Şərqi Zəngəzura səfəri başlayıb. Nümayəndə heyəti üç günlük səfər zamanı Ermənistanın işğal dövründə törətdiyi dağıntılar, eləcə də torpaqlarımız işğaldan azad edildikdən sonra burada aparılan böyük quruculuq işləri ilə tanış olur.
Onlar artıq Füzuli, Ağdam və Laçın rayonlarına səfər ediblər.






