Xəbər verdiyimiz kimi, iyulun 14-də III ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarının nəticələri artıq bəllidir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) açıqladığı rəsmi məlumata əsasən, bu il III ixtisas qrupu üzrə qəbul imtahanlarında 4 abituriyent maksimal nəticə əldə edərək 700 bal toplayıb.
Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, rekord nəticəyə imza atan abituriyenlərdən birinin kimliyini müəyyən edilib. Belə ki, 700 bal toplayan abituriyentlərdən biri Tovuz rayon, Bozalqanlı kənd orta məktəbinin məzunu Nərmin Murğuzovadır.