Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Konstitusiya Məhkəməsinin yeni hakimi kimdir? - DOSYE
Parlamentin fevralın 23-də keçirilən plenar iclasında Azərbaycan Prezidenti İlham Əliyevin sabiq nazir Fikrət Məmmədovun Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsi haqqında təqdimatı səsverməyə çıxarılaraq qəbul edilib.
Fikrət Məmmədov 1977-ci ildə Moskva Dövlət Universitetinin hüquq fakültəsini, 1988-ci ildə Bakı Ali Partiya Məktəbini (Dövlət İdarəçilik Akademiyası) bitirib.
Əmək fəaliyyətinə 1977-ci ildə rayon prokurorunun köməkçisi kimi başlayıb.
O, Bakı şəhər prokurorluğunda istintaq şöbəsinin prokuroru, respublika prokurorluğunda Təşkilat-nəzarət şöbəsinin böyük prokuroru və rəisi vəzifələrində işləyib.
Sonralar Fikrət Məmmədov respublika Baş Prokurorluğu Hüquqi təminat idarəsinin rəisi, Sumqayıt şəhər prokuroru, 1994–2000-ci illərdə Baş prokurorun müavini olub.
2000-ci ilin aprel ayında Azərbaycan Respublikasının ədliyyə naziri təyin edilib.
Daha sonra formalaşmış hökumətlərdə F. Məmmədov dörd dəfə bu vəzifəyə yenidən təyin olunub.
2005-ci ildən 2023-cü ilə qədər Məhkəmə-Hüquq Şurasının sədri vəzifəsində çalışıb.
"Fikrət Məmmədov" teqi üzrə xəbərlər
- Fikrət Məmmədov daha bir vəzifəsini İTİRDİ
- İşğaldan azad edilmiş ərazilərlə bağlı Əlaqələndirmə Qərargahının tərkibi dəyişdi
- Sabiq nazir Konstitusiya Məhkəməsinin hakimi təyin edildi
- Fikrət Məmmədovun Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi tövsiyə olunub
- Fikrət Məmmədovun yeni vəzifəsi ilə bağlı təqdimat
Rəylər