"Dünyada uşaqlar kiberbullinq hallarına məruz qalırlar".
Oxu.Az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Könül Tağızadə "Uşaqların zərərli informasiyadan qorunması" mövzusundakı brifinqdə deyib.
O bildirib ki, uşaqların zərərli informasiyalara məruz qalması ən aktual məsələlərdən biridir:
"Zərərli informasiyanın təsirinə ən çox uşaqlar məruz qalır. Kiberbullinqin artması və bu kimi problemlərlə rastlaşırıq. Ziyanlı məlumatların uşaqlara əlçatan olması onlara mənfi təsir göstərir. Uşaqların bunlardan qorunması ilə bağlı qanunla yanaşı müxtəlif layihələr qəbul edilib. Amma həm də ictimai nəzarət olmalıdır. Hər birimiz vətəndaş və valideynik. Əgər uşaqlara zərərli olan informasiyalarla qarşılaşırıqsa, müvafiq dövlət qurumlarına məlumat verməliyik".
Məlik Məlikov