Kür çayında batan digər polisin də meyiti tapılıb.
Oxu.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iyulun 2-də Kür çayının Ağstafa rayonu, Saloğlu qəsəbəsindən keçən hissəsində batmış digər 1 nəfərin - 1991-ci il təvəllüdlü Şahlar Ramiz oğlu Mamayevin cəsədi bu gün saat 09:27-də Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb.

E.Ə.
***
02.07.2017
Ağstafada Kür çayında boğulan polis əməkdaşlarından birinin meyiti tapılıb.
Oxu.Az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən bildirir ki, Kür çayının Ağstafa rayonu, Saloğlu qəsəbəsindən keçən hissəsində batmış iki nəfərdən biri, 1993-cü il təvəllüdlü Qalib Cəlal oğlu Novruzovun cəsədi saat 20:30-da dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb.
Digər 1 nəfərin axtarışı davam etdirilir.
L.Ə.