Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Laçında yabanı halda bitən çətənə bitkiləri yandırıldı
Laçında yabanı halda bitən çətənə bitkiləri yandırılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Oxu.Az-a verilən məlumata görə, Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən "Xaşxaş-2024" planına uyğun olaraq tədbir keçirilib.
Tədbir zamanı Qarıqışlaq kəndinin ərazisində yabanı halda bitən 1 tondan artıq 6050 ədəd çətənə bitkisi toplanılaraq yandırılıb.
"Xaşxaş-2024" teqi üzrə xəbərlər
Ən çox oxunanlar