Bu gün Lənkəranda günorta saatlarında yaşadıqları evdə meyitləri aşkarlanan ahıl ər-arvadın öldürüldüyü məlum olub.
Oxu.Az-ın APA-ya istinadən xəbərinə görə, bu, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinin yekun rəyində əksini tapıb.
Rəyə əsasən hər iki şəxsin bədənində və baş nahiyələrində xəsarətlər aşkarlanıb. Onların bu xəsarətlərdən öldüyü qənaətinə gəlinib.
13:53
Lənkəran şəhərində ahıl ər-arvadın evlərində meyiti aşkarlanıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Şəhidlər xiyabanı 10 ünvanında qeydə alınıb.
Həmin ünvanda yaşayan 1939-cu il təvəllüdlü Aydın Mirzəli oğlu Allahverdiyev və onun həyat yoldaşı 1941-ci il təvəllüdlü Azadə Rəcəb qızı Allahverdiyevanın meyiti bu gün saat 13.00 radələrində tapılıb.
Ölümün səbəbləri hələlik məlum deyil. Onların hər ikisinin ağzından qan axdığı bildirilir.
Meyitlər müayinə üçün morqa aparılacaq.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır.
A.M.