Lənkəranda ötən gündən başlayan intensiv yağış avtomobillərin və piyadaların hərəkətində ciddi çətinliklər yaradıb.
Oxu.Az-ın Xəzər TV-yə istinadən məlumatına görə, şəhərin ayrı-ayrı məhəllələrində, Səttarxan, Kələntərlilər, Nəsimi və digər küçələrində su evlərin həyətlərinə dolub.
Sakinlər bildirirlər ki, belə vəziyyətin yaranmasına əsas səbəb su axar kanalların və kanalizasiya xətlərinin düzgün işləməməsidir.
Rayon fövqəladə hallar komissiyasının üzvləri ərazilərə baxış keçiriblər. Suların həyətlərdən çəkilməsi üçün işlərə başlanılıb. Hidrometeroloqlar cənub bölgəsində yağıntılı havanın hələ bir neçə gün davam edəcəyini bildirirlər.
S.B.
www.oxu.az