Aprelin 28-də saat 05 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində qəsəbə sakini Namiq Gülmalıyev idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolu keçən Türkiyə vətəndaşı Mustafa Bayacını vurub.
Bu barədə Oxu.Az Azərbaycan DİN-dən bildiriblər.
Məlumata görə, piyada xəstəxanaya yerləşdirilib.
Qaradağ RPİ tərəfindən araşdırma aparılır.