La-Manş üzərində radarlardan itmiş ABŞ-ın Stratotanker hərbi təyyarəsi Britaniya bazasında uğurla eniş edib. Bu barədə Oxu.Az RİA Novosti-yə istinadla xəbər verir.
İlkin məlumatlara əsasən, La-Manş üzərində uçuş zamanı təyyarənin sistemində nasazlıq yaranıb və o, radarlardan itib.
11:41
Fransanın Amyen şəhərindən havaya qalxmış ABŞ-ın hərbi hava qüvvələrinin S-135 hərbi təyyarəsi La-Manş üzərində yoxa çıxıb. Bu barədə Daily Express məlumat yayıb.
Oxu.Az lenta.ru saytına istinadla xəbər verir ki, yoxa çıxmazdan əvvəl təyyarə fövqəladə vəziyyət barədə siqnal verib. C-135-in çənlərində 117 ton yanacaq olub.
ABŞ-ın hərbi hava qüvvələri baş verən hadisə barədə məlumatları şərh etmir.
www.oxu.az