Qaradağ rayonunun Lökbatan qəsəbəsində “Toyota Prius”un iştirakı ilə qəza baş verib.
Oxu.Az xəbər verir ki, hadisə “Qobu Park” yaşayış kompleksinin yaxınlığında qeydə alınıb.
Belə ki, 99-JB-344 dövlət qeydiyyat nişanlı yük maşını ilə 77-EB-906 dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı avtomobil toqquşub.
“Prius”a ciddi ziyan dəyib. Hadisə yerinə Yol Patrul Xidməti cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.