Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Lökbatanın içməli su problemi: Sakinlər narazıdırlar
Qaradağ rayonu, Lökbatan qəsəbəsi ikinci yaşayış massivinin sakinləri içməli suyun olmamasından şikayətçidirlər.
Belə ki, ərazidən su xətləri keçir və sayğaclar var, lakin içməli su verilmir.
Sakinlərin sözlərinə görə, qızmar yay aylarında içməyə su tapmırlar. Hətta ərazidəki ağacların əksəriyyəti quruyub.
Onlar bildiriblər ki, mövcud vəziyyət dörd ildir qalmaqdadır.
Məsələ ilə bağlı Qaradağ Rayon Sukanal İdarəsinin baş mühəndisi İzmir Əmirov deyib ki, həmin ərazidə yaşayan abonentlərin su təchizatının yaxşılaşdırılması məqsədilə ərazidə 55 kilovatlıq nasos aqreqatlarının quraşdırılması başa çatıb. Hazırda ərazidə son tamamlanma işləri gedir. Yaxın zamanda işlər yekunlaşacaq.
Ətraflı ATV-nin "Xəbərin olsun" proqramında:
Rəylər