Ali təhsil müəssisələrinin magistraturalarına ixtisaslaşma seçiminə başlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Modern.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən bildiriblər.
Məlumata görə, bu gündən başlanan ixtisas seçimi internet vasitəsilə aparılacaq.
Bildirilib ki, müsabiqəyə yalnız ixtisaslaşma seçimini edib təsdiqləyən bakalavrlar buraxılacaqlar.
İxtisas seçimi iyunun 30-dək davam etdiriləcək.
Qeyd edək ki, magistraturaya qəbul imtahanları ilə bağlı TQDK-da Apelyasiya komissiyası yaradılıb. Bakalavrlar Apelyasiya komissiyasına iyunun 27-də və 28-də yalnız şəxsən şəxsiyyət vəsiqələrini təqdim etməklə müraciət edə bilərlər.