Oxu.Az xəbər verir ki, bu barədə ANS PRESS-ə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından bildiriblər.
Məlumata görə, gecə saatlarında 77 yaşlı xalq artistinin vəziyyəti pisləşib. Bu barədə çağırış olub. Həkimlər gəlincə o, dünyasını dəyişib.
Səyavuş Aslanın oğlu Çingiz Aslanın ANS PRESS-ə verdiyi məlumata görə, xalq artistinin vəziyyəti gecə saatlarında qəflətən pisləşib. Dərhal təcili yardıma zəng vursalar da, S.Aslan bir neçə dəqiqədən sonra dünyasını dəyişib. Hazırda Siyavuş Aslanın meyidi yuyulmaq üçün məscidə aparılıb.
Allah rəhmət eləsin!