Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Maşını duracağa yerləşdirilən müharibə iştirakçısı özünü yandırdı
İyunun 12-də saat 8 radələrində İmişli rayonunda 2-ci Qarabağ müharibəsi iştirakçısı, 32 yaşlı Allahşükür Vaqif oğlu Həsənov 99-MP-301 dövlət qeydiyyat nişanlı "VAZ-2107" markalı avtomobili etibarnamə olmadan və nəqliyyat vasitəsinin konstruksiyasında dəyişiklik etdiyi üçün Dövlət Yol Polisi (DYP) əməkdaşları tərəfindən saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, rayon ərazisində avtomobillə təhlükəli manevrlər edən sürücü özünü müharibə iştirakçısı kimi təqdim etməklə avtomobili istədiyi kimi idarə edəcəyini əsas gətirərək qanunsuz hərəkətlərini davam etdirib.
İdarəetmə hüququ olmadan idarə edilən avtomobil mühafizə olunan duracağa yerləşdirilib. Sürücü barəsində toplanan materiallar baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.
Bu gün səhər saatlarında A.Həsənov duracağa gələrək qanunsuz tələblər irəli sürməklə üzərinə yandırıcı maddə tökərək intihara cəhd edib. Cəhdin qarşısı ətrafda olan şəxslər tərəfindən alınaraq o xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər.
"Yol-nəqliyyat hadisəsi" teqi üzrə xəbərlər
- Bacısı övladının doğum gününə gedən Elşad dəhşətli qəzada həlak oldu: Hadisənin ANBAAN GÖRÜNTÜLƏRİ
- Türkiyədə rusiyalı turistləri daşıyan avtobus aşıb, çoxlu sayda xəsarət alan var
- Gəncədə AĞIR QƏZA - Ölən və yaralılar var
- Binədə ağır AVTOQƏZA: VAZ-2107 elektrik dirəyinə ÇIRPILDI
- Gecə saatlarında gənc dəhşət saçdı: Avtomobil idman zalına çırpıldı - ANBAAN GÖRÜNTÜLƏR