Sabunçu rayonunun Maştağa qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib
Oxu.Az-ın məlumatına görə, dünən gecə saatlarında iki minik avtomobilinin toqquşması nəticəsində qəza baş verib.
Hadisə nəticəsində 1930-cu il təvəllüdlü Əliyev Əli aldığı ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Xəstəxanadan verilən məlumata görə, xəstəyə qapalı kəllə beyin travması diaqnozu qoyulub. Vəziyyəti ağır stabil olaraq qalır.
Faktla bağlı araşdırma aparılır.
Könül Cəfərli
www.oxu.az
Oxu.Az yeniləndi!