Sabunçu rayonu Maştağa qəsəbəsindəki keçmiş Subtropik sovxoz adlanan bağlarda meyvə ağacları kökündən çıxarılaraq daşınır və amansızcasına yandırılır.
Oxu.az movqe.az saytına istinadən xəbər verir ki, bu barədə sakinlər məlumat verib. Sakinlərin bildirdiyinə görə, sovet dövründə sözügedən ərazidə meyvə ağaclarından ibarət bağ salınıb. Bağda zeytun, əncir, badam və digər meyvə ağacları yetişdirilib. Sovetlər Birliyi dağıldıqdan sonra bağ ərazisi pay torpaqları kimi paylanılaraq əksər hissəsi özəlləşdirilib. 42 hektar ərazi isə vaxtı ilə həmin bağlarda çalışanlara tərəvəz məhsullarının əkilməsi üçün icarəyə verilib. Amma sakinlər deyirlər ki, son üç ildir həmin sahə sakinlərə, bağda vaxtilə çalışanlara icarəyə verilmirdi. Və sonda da sakinlər ürək ağrısı ilə bu mənzərəyə şahidlik etdilər.






