Odessada (Ukrayna) İnsky şirkəti SXC (Space Expedition Corporation) tərəfindən təşkil olunan kosmik uçuşlar üçün biletlərin satışlarına başlayıb.
Oxu.Az Gazeta.ru-ya istinadən xəbər verir ki, dəyəri 100 min ABŞ dolları olan iki bilet artıq satılıb – onu, bəyə toydan qabaq hədiyyə kimi alıblar.
Onlar Los-Ancelesdə uçuşdanqabaq hazırlıq keçəcəklər.
2013-cü ilin iyulunda İnsky şirkəti SXC şirkətinin (Hollandiya) Lynx Mark II gəmilərində uçuşların reklamı və biletlərin satışının həyata keçirilməsi hüququnu əldə edib. Uçuşlar 2014-cü ilin sonu – 2015-ci ilin əvvəlinə planlaşdırılıb.
Əvvəllər bildirilirdi ki, Monakoda yaşayan rusiyalı iş adamı Vasili Klyukin kinoaktyor Leonardo di Kaprio ilə kosmosa uçmaq hüququ əldə edib.
Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin