Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Məhkəmə çağrı mərkəzinin funksiyaları artırılıb
Azərbaycanda ədalət mühakiməsinə əlçatanlığın artırılması, vətəndaş müraciətlərinin operativ cavablandırılması məqsədilə "887" məhkəmə çağrı mərkəzinin funksiyaları genişləndirilib.
Bu barədə Oxu.Az-a Ali Məhkəmədən məlumat verilib.
Bildirilib ki, vətəndaşların "Elektron məhkəmə" informasiya sistemi ilə bağlı sualları artıq "880" qaynar xətt əlaqə mərkəzi vasitəsilə deyil, birbaşa "887" qısa nömrəsi ilə cavablandırılacaq. Müvafiq məlumatı əldə etmək üçün "887" məhkəmə çağrı mərkəzinə zəng etdikdən sonra "114", daha sonra isə "2" əlaqə kodlarının yığılması kifayətdir.
Məlumat üçün bildiririk ki, "Elektron məhkəmə" informasiya sistemi ilə bağlı daxil olan sorğular əsasən "Elektron kabinet"in fəaliyyəti, həmçinin ərizə və sənədlərin statusu barədə məlumat verilməsi, ərizələrin hazırlanması, təqdim olunması və digər məsələlərdən ibarət olur.
Qeyd edək ki, "887" məhkəmə çağrı mərkəzi bazar ertəsindən cümə gününədək saat 9:00-dan 18:00-dək canlı rejimdə fəaliyyət göstərir. Ölkənin istənilən regionundan stasionar telefonlarla "(012) 887" nömrəsinə, bütün mobil operatorlardan isə birbaşa "887" qısa nömrəsinə zəng etməklə, səsli menyuda təqdim olunan əlaqə kodları vasitəsilə müvafiq məhkəmə ilə birbaşa əlaqə qurmaq mümkündür. Məhkəmələrin əlaqə kodlarını Məhkəmə-Hüquq Şurasının rəsmi internet səhifəsindən əldə etmək mümkündür.
"Ali Məhkəmə" teqi üzrə xəbərlər
- Hansı hallarda şəxsə daha yüngül cəza təyin edilə bilər?
- Ali Məhkəmədən quldurluq və soyğunçuluq cinayətləri ilə bağlı MÜHÜM QƏRAR
- Gəlinini doğrayanı azadlığa buraxdıracağını deyən sabiq vəzifəli şəxslə bağlı QƏRAR
- MN-in milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisi əmlakları ilə bağlı şikayət edib
- Ramiz Mehdiyevin qızı Ali Məhkəməyə üz tutdu