Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Musa Quliyev: "Dəyişikliklərin qəbul olunmasının peşəkarlığın yüksəlməsində böyük əhəmiyyəti olacaq"
"Bu dəyişikliklərin qəbul olunmasının həm tibb işçilərinin əmək hüquqlarının qorunmasında, həm də onların iş keyfiyyətinin yaxşılaşmasında, peşəkarlığının yüksəlməsində böyük əhəmiyyəti olacaq".
Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında Əmək Məcəlləsində, "Əhalinin sağlamlığının qorunması haqqında", "Özəl tibb fəaliyyəti haqqında" və "Dərman vasitələri haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı komitə sədri Musa Quliyev deyib.
O bildirib ki, bu məsələ ilə bağlı müraciətlər olurdu:
"Xüsusilə, sertifikasiya imtahanları, onların nəticələri barədə müsbət qərar qəbul olunmadığı halda işçinin əmək fəaliyyətini davam etdirib-etdirməməsi məsələsi açıq qalırdı. Çox zaman tibb işçilərinin haqlı narazılıqlarına səbəb olurdu. Bunlar vacib dəyişikliklərdir".
Mərahim Nəsib
"Əmək Məcəlləsi" teqi üzrə xəbərlər
- İş yerlərindəki ayrı-seçkilik: "Bəzi şirkət rəhbərləri ancaq qızları önə çəkirlər"
- Sahib Məmmədov: "Konstitusiyanın 17-ci maddəsinə edilən dəyişiklik praktikada problem yaradır"
- Dövlət Gömrük Komitəsində maaş və təqaüd problemindən sonra MƏZUNİYYƏT QALMAQALI
- Azərbaycanda bəzi şəxslərə birdəfəlik 1 200 manat, aylıq 250 manat ödəniləcək
- Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi üzrə işdən çıxarılanların nəzərinə