Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Məktəbin istilik PROBLEMİ: Şagirdlərin davamiyyəti AŞAĞIDIR
Samux rayon Tatlı kənd ümumi orta məktəbinin şagirdləri soyuq sinif otaqlarında dərs keçmək məcburiyyətində qalıblar.
Oxu.Az ATV-yə istinadən məlumat verir ki, məktəbin sinif otaqları ötən ilədək odun sobaları ilə qızdırılıb, daha sonra məktəbdə ümumi istilik sistemi quraşdırılıb.
Lakin, bu sistem kartla olan sayğacla işlədiyindən pul bitən kimi istilik də kəsilir.
Valideynlər bildiriblər ki, bir aydan çoxdur vəziyyət belədir. Övladlarının davamiyyəti aşağıdır.
Məsələ ilə bağlı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib ki, sayğacda texniki problem yaranıb, lakin qısa müddətdə aradan qaldırılıb.
Ətraflı süjetdə:

"İstilik problemi" teqi üzrə xəbərlər
- Dərslər niyə bumbuz otaqlarda keçirilir? - Valideynlər etiraza qalxdılar
- Yaşayış binasında istilik təchizatı DAYANDIRILIB - Əhalinin külli miqdarda BORCU var
- Kürdəmirdə valideynlər 100-dən çox şagirdi məktəbdən çıxardılar?
- "Dörd gündən çoxdur istilik verilmir" - Xətaidən ŞİKAYƏT
- "Şagirdlər soyuq siniflərdə oturublar" - Sulutəpədə məktəbin işığı niyə kəsilib?