Təhsil Nazirliyi 12 illik təhsil sisteminə keçidlə bağlı məlumat yayıb.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, 12 illik təhsilə keçidlə bağlı zəruri tədbirlərin həyata keçirilməsi “Azərbaycan - 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasında nəzərdə tutulub.
Nazirlik həmçinin ucqar məktəblərdə davamiyyətin aşağı olmasına da reaksiya verib:
“Ucqar məktəblərdə davamiyyətə nəzarət üzrə yerli təhsil orqanları və digər aidiyyəti təşkilatlarla birgə davamlı tədbirlər həyata keçiriləcək”.