Elm və Təhsil Nazirliyinin Tikinti və Təchizat İdarəsi respublikanın bir sıra təhsil müəssisələrində təmir işlərinin satın alınması ilə bağlı açıq tender elan edib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, tenderin ehtimal olunan qiyməti 4 milyon 260 min manatdır.
Müsabiqənin sənədlərinə əsasən, satınalma çərçivəsində respublikanın müxtəlif bölgələrində yerləşən təhsil müəssisələrində təmir işlərinin aparılması nəzərdə tutulur. İşlərə elektrik şəbəkələrinin yenilənməsi, kabel və elektrik avadanlıqlarının quraşdırılması, tikinti-təmir və digər bərpa işləri daxildir.
Qaynar xətt:
(055) 224 12 12