"Cabir İmanov vətənini dərindən sevən bir insan idi. Torpaqlarımız azad olunanda o, böyük bir sevinc yaşamış, Qarabağla, Şuşa ilə bağlı arzularını həvəs və fərəhlə dilə gətirmişdi".
Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Xalq artisti Mənsum İbrahimov deyib.
O qeyd edib ki, Cabir İmanovun bəstələdiyi musiqilər var idi:
"Onları muğamla sintez edib Qarabağ haqqında xüsusi bir əsər yaratmaq istəyirdi. Bu barədə mənimlə məsləhətləşdi və cavab verdim ki, böyük məmnuniyyətlə edək və həyata keçirərik. Təəssüf ki, qismət olmadı. Allahın hökmü belə imiş".
Məhərrəm Əliyev