Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Mənzillərin satışındakı yeniliklər qiymətə necə təsir edəcək?
Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı İnformasiya Sistemi bir il ərzində vətəndaşların istifadəsinə veriləcək.
Bəs bu yenilik mənzillərin qiymətlərinə necə təsir edəcək?
Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev Baku TV-yə açıqlamasında qeyd edib ki, yeni elektron sistemin işə düşməsi ilə ciddi müştəri artımı müşahidə olunacaq:
"Bununla da tikinti şirkətlərinin inşa etdikləri binaların sayı daha çox olacaq və rəqabət yarandığı üçün qiymətlərin stabilləşməsi baş verəcək".
İqtisadçı Xalid Kərimli isə hesab edir ki, yenilik tikinti şirkətlərinin xərcini artıracaq.
Ətraflı Baku TV-nin süjetini təqdim edirik: