Dekabrın 28-də saat 10:00-da “28 May” metro stansiyasında Şaxta baba və Qar qız sərnişinləri təbrik edəcək.
Oxu.Az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev sosial şəbəkədə məlumat yayıb.
O bildirib ki, tədbir dekabrın 29-da da keçiriləcək. Mətbuat katibinin sözlərinə görə, artıq 5 stansiyada - “Elmlər Akademiyası”, “Memar Əcəmi”, “Koroğlu”, “İçərişəhər” və “28 May”da böyük şam ağacları qurulub.
Ötən il olduğu kimi, bu il də Şaxta baba “Bakı Mertopoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev olacaq.
Aytən Sadıqzadə
www.oxu.az