Bu gün millət vəkili İlham Məmmədovun həyat yoldaşı vəfat edib.
Oxu.Az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, deputatın həyat yoldaşı Ayşə Məmmədova uzun müddətdir ki, onkoloji xəstəlikdən əziyyət çəkirmiş.
Mərhum bu gün Bakıda dəfn olunacaq. Dekabrın 24-də isə onun üç mərasimi Təzəpir məscidində keçiriləcək.
09:30
Milli Məclisin deputatı İlham Məmmədova ağır itki üz verib.
Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, deputatın həyat yoldaşı bu gecə dünyasını dəyişib.
Allah rəhmət eləsin!
E.Ə.
www.oxu.az