Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatı bu gün Milli Məclisdə qəbul edilib.
Oxu.Az-ın məlumatına görə, hesabat deputatların müzakirəsindən sonra qəbul edilib.
Qeyd edək ki, hesabatı parlementə baş nazir Artur Rasizadə təqdim etmişdi.
12:18
Azərbaycan Milli Məclisinin növbəti iclası başlayıb.
Oxu.Az xəbər verir ki, iclası spiker Oqtay Əsədov açıq elan edib.
İclasın əvvəlində martın 13-də Ankarada törədilmiş terror aktında həlak olanların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Deputatlar bugünkü iclasda hökumətin illik hesabatını müzakirə edəcəklər.
İclasda baş nazir Artur Rasizadə və digər hökumət üzvləri iştirak edirlər.
E.Ə.
www.oxu.az