Mingəçevir şəhərində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, iyunun 5-i, saat 22:20-də yol-nəqliyyat hadisəsi ilə əlaqədar iki nəfər (kişi cinsli) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"1986-cı il təvəllüdlü şəxsə boyun fəqərəsinin sınığı, kəllə sümüklərinin sınığı, komatoz vəziyyət diaqnozları təyin edilib. Hazırda müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağırdır.
2003-cü il təvəllüdlü pasiyentə isə sol çiyin nahiyəsinin qapalı travması, sol bazu oynağının çıxığı diaqnozları ilə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti stabil qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb", - deyə məlumatda bildirilir.
Mingəçevir şəhərində baş verən ağır yol-nəqliyyat hadisəsi iki nəfərin xəsarət alması ilə nəticələnib.
Oxu.Az-ın məlumatına görə, hadisə ötən gecə saat 21:30-da şəhərin Heydər Əliyev prospektində baş verib.
Yüksək sürətlə hərəkət edən BMW markalı avtomobil idarəetmədən çıxaraq əvvəlcə yol kənarında dayanan "Mitsubishi" markalı avtomobilə dəyib, daha sonra isə yoldan çıxaraq aşıb.
Qəza nəticəsində BMW-nin sürücüsü, 1986-cı il təvəllüdlü İmran Zeynalov və onun sərnişini, 2003-cü il təvəllüdlü Əhməd Əhmədov müxtəlif dərəcəli xəsarətlər alıblar.
Hadisə yerinə yol polisi və təcili tibbi yardım xidmətinin əməkdaşları cəlb olunublar.
Əzizə İsmayılova