Dekabrın 26-da saat 08:40-da iki nəfər (qadın) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə dəm qazından zəhərlənmə şübhəsi ilə hospitalizasiya olunub.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasından məlumat verilib.
Məlumatda qeyd olunub ki, zəruri tibbi xidmətlər göstərilən pasiyentlərin müalicələri davam etdirilir, vəziyyətləri stabildir.
Məhərrəm Əliyev
Mingəçevir şəhərində bir ailənin iki üzvü dəm qazından zəhərlənib.
Oxu.Az-ın məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektindəki yaşayış binasında baş verib.
Binadakı mənzillərdən birində yaşayan 1935-ci il təvəllüdlü Nabat İsmayılova və qızı, 1973-cü il təvəllüdlü Mədinə İsmayılova dəm qazından zəhərləniblər.
Onlar Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına gətiriliblər və ilkin tibbi yardım göstəriləndən sonra hər ikisi evə buraxılıblar.
Samir Əli