"Azəridmanservis" MMC Bakı şəhəri (Hövsan, Müşviqabad, Sabunçu), Şirvan şəhəri, Ağdaş və Bərdə rayonlarında yerləşən minifutbol meydançalarının təmir-bərpa işlərinin satın alınması ilə bağlı açıq tender elan edib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, tenderin ehtimal olunan qiyməti 1 milyon 244 min manat təşkil edir.
Müsabiqənin sənədlərinə əsasən, satınalma çərçivəsində minifutbol meydançalarında köhnəlmiş metal torların yenilənməsi, metal dirəklərin və profil konstruksiyaların quraşdırılması, hasarların təmiri, torların bərkidilməsi, eləcə də digər təmir-bərpa işlərinin görülməsi nəzərdə tutulur.