Şamaxıda ağır yol nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, avtomobil 20 metr yüksəklikdən Pirsaat çayı dərəsinə yuvarlanıb.
İlkin məlumatlara görə, qəzaya düşənlər bir ailənin üzvləridir. Qəza nəticəsində sürücünün 3 yaşlı övladı Güliev Əmrah Atəş oğlu həlak olub. Avtomobilin sürücü Güliyev Atəş , 2015 təvəllüdlü Güliyev Uğur Atəş oğlu , və digər sərnişin Hüseyinli Turan xəstəxanaya yerləşdiriliblər.
Hadisə Şamaxı - Qizmeydan - Pirbəhli avtomobil yolunda qeydə alınıb. Araşdırma aparılır.
Rəşad Aydın