Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Mübariz Qurbanlı: “Azərbaycanda din adından istifadə edən radikal ekstremist qruplara qarşı mübarizə aparılır”
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanda din adından istifadə edən radikal ekstremist qruplara qarşı mübarizə aparıldığını bildirib.
“Report”un məlumatına görə, o, jurnalistlərə açıqlamasında deyib ki, heç bir din nə radikalizm, nə də ekstremizmə çağırış etmir:
“Azərbaycanda din adından istifadə edən radikal ekstremist qrupların aradan qaldırılması üzrə işlər davam edir. Onlar din adından istifadə edirlər. Heç bir din nə radikalizm, nə də ekstremizmə çağırış etmir. Bütün dinlər sülhə, əmin-amanlığa çağırır. Amma din adından sui-istifadə edənlər var. Bu cür halların aradan qaldırılması üçün geniş maarifləndirmə işləri də aparılır”.
"Mübariz Qurbanlı" teqi üzrə xəbərlər
- Vətəndaşların nəzərinə: Nazirlərin qəbuluna düşmək üçün CƏDVƏL AÇIQLANDI
- Prezident Mübariz Qurbanlını təltif etdi
- Komitə sədri: “ABŞ Dövlət Departametinin Azərbaycanla bağlı bəyanatını qərəzli sayır və rədd edirik”
- YAP prezident seçkisində məntəqələrdə müşahidə aparacaq şəxslərini müəyyənləşdirib - FOTO
- Yanvar ayında şəhər və rayonlarda keçiriləcək vətəndaş qəbulu cədvəli açıqlanıb
Rəylər