Azərbaycan Müdafiə Nazirliyinin İşlər İdarəsinə yeni rəis təyin olunub.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, müdafiə naziri Zakir Həsənovun əmri ilə İşlər İdarəsinin rəisi Baxış Ələkbərov vəzifəsindən uzaqlaşdırılıb. Onun yerinə ehtiyatda olan polkovnik Azad Əsədov təyin edilib.
A.Əsədov hərbi xidmətə ehtiyatdan çağırılıb.
Qeyd edək ki, A.Əsədov 1990-cı illərin əvvəllərində Azərbaycan Ordusu sıralarında xidmət edib. 701 saylı briqadanın tərkibində 1993-cü ilin fevral-aprel aylarında Laçın və Kəlbəcər rayonlarının müdafiəsində, 1994-cü ildə isə “Murovdağ” əməliyyatında iştirak edib.