“Su və Atəş” filminin premyerası üçün filmin aktyor heyəti dekabr ayının 19-da Bakıya gələcək.
Oxu.Az bildirir ki, filmin rejissoru, müğənni Özcan Dəniz şəhərimizin qonağı olacağı haqda “İnstagram” səhifəsində belə bir yazı paylaşıb:
“Dekabrın 19-u Bakıya gəlib-gəlməyəcəyimizi soruşanlara demək istəyirəm ki, bir neçə gün sonra mən və bir çox sənətçi yoldaşım şəhərinizdə olacağıq”.
Aytən Sadıqzadə
www.oxu.az