Böyük Britaniyanın 82 yaşlı aktyoru Piter O`Tul vəfat edib.
Oxu.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, O`Tul xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, son illər o, xəstəlikdən əziyyət çəkirdi.
Xatırladaq ki, O`Tul 50 filmdə çəkilib. Onun çəkildiyi populyar filmlərdən “Milyonu necə oğurlamalı”, “Aslan qışda”, “Kaliqula”, “Sonuncu imperator” və “Troya”nı misal göstərmək olar.
Xatırladırıq ki, O`Tul hələ özünün 80 illik yubileyində aktyorluq karyerasını tamamladığını bildirmişdi. Ancaq buna baxmayaraq o, yenə də çəkilişlərdə iştirak edib. Onun çəkildiyi son “Yekaterina Aleksandriyskaya” filmi hələ də ekranlara çıxmayıb. O`Tul 8 dəfə “Oskar” mükafatına namizəd olsa da bu sevinci dada bilməyib, ancaq 2003-cü ildə ona fəxri “Oskar” təqdim edilib.
Aytən Sadıqzadə
www.oxu.az