Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Müsəlmanları təhqir edən filmin prodüseri İslamı qəbul etdi – Foto
Hollandiyanın Azadlıq Partiyasının ultrasağçı siyasətçisi, islamı təhqir edən “Müsəlmanın məsumluğu” adlı qalmaqallı filminin prodüseri Arno Van Drun İslamı qəbul edib.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Məhəmməd peyğəmbəri təhqir edən filmin prodüseri bir müddət qəzəb obyektinə çevrilən Van Drun müsəlman hətta Mədinə və Məkkəni də ziyarət edib.
O, Səudiyyə Ərəbistanına səfəri zamanı “Okaz Online” adlı yerli qəzetə müsahibəsində bu qərarını belə şərh verib:
“Mən İslam dininə qarşı ən radikal və ən qəddar partiyanın üzvü idim. Lakin müsəlmanların peyğəmbərlərini təhqir etdiyim filmimə qarşı reaksiyasını görəndən sonra, İslam haqqında həqiqəti axtarmağa başladım ki, müsəlmanların dinə və peyğəmbərə qarşı sevgisinin səbəblərini bilim və suallarıma cavab tapım”.
Prodüsser İslamı dərindən öyrənməyincə onu qəbul etmək istəmədiyini söyləyib. O, Hollandiyada müsəlman cəmiyyəti ilə yaxınlaşıb. O, hətta Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Ərəbistanında nüfuzlu şəxslərlə də görüşüb.
Xatırladaq ki, Arno Van Drunun prodüserliyi ilə 2012-ci ildə ABŞ-da istehsal edilən”Müsəlmanların məsumluğu” filmində müsəlman dünyası, eləcə də Məhəmməd Peyğəmbər (s.ə.s) təhqir edilmişdi. Müsəlman dünyası bu filmə kəskin reaksiya göstərmişdi. Bir çox ölkələrdə Amerikanın diplomatik nümayəndəliklərinin qarşısında etiraz aksiyaları keçirilmiş, ABŞ-ın Liviyadakı səfiri öldürülmüşdü (Rosbalt).
www.oxu.az