“National Geographic” jurnalı 1993-cü ildə Qarabağdakı müharibə zamanı Kəlbəcərdən atası ilə birlikdə qaçmağa məcbur olan Mübariz adlı bir azərbaycanlının hekayəsini paylaşıb.
Bu barədə məşhur jurnalın rəsmi “Instagram” hesabında paylaşım edilib.
“Kəlbəcərdəki Murov dağ aşırımı 1993-cü ildə Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağda gedən müharibədən xilas üçün Azərbaycanın minlərlə dinc sakininin yeganə əlçatan marşrutu idi. Bir çoxları piyada getməli və donmalı oldu. Mübarizə və atasına bu dağları keçmək, bununla da təhlükəsizliklərini təmin etmək üçün bir həftə vaxt lazım oldu. Erməni qoşunları tərəfindən 27 il ərzində işğalda saxlanılan Kəlbəcər rayonu ölkələr arasında münaqişənin son alovlanmasının Rusiyanın vasitəçiliyi ilə sülh müqaviləsinin imzalanması ilə başa çatmasından sonra 2020-ci ilin noyabrında Azərbaycana qaytarılıb. Ailəsinin birinci Qarabağ müharibəsindən qaçmasından təxminən 30 il sonra Mübariz öz qızını Kəlbəcərdəki kəndlərinə apardı”, - deyə nəşr qeyd edib.
Nəşr qeyd edir ki, Mübariz “öz uşaqlığında yaşadığı evi xarabalıqlar arasından tapan zaman ağlayıb”.
View this post on Instagram
"Ermənistan" teqi üzrə xəbərlər
- Ermənistandan Gürcüstana keçmək istəyən əcnəbinin corab və ayaqqabısından qızıl tapıldı - Video
- Azərbaycan, Ermənistan və Gürcüstan səfirləri Romada bir araya gəldilər: Nələr müzakirə olundu? - Foto
- Ermənistan prezidentinin səhhəti pisləşdi
- Paşinyan: "Ermənistan Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurmayanadək forpost olaraq qalacaq"
- Nikolay Bordyuja: "Ermənistan KTMT-dən xaric edilməlidir"
Digər xəbərlər