Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Naxçıvanda nazir vəzifəsinə TƏYİNAT
Naxçıvan Muxtar Respublikasına (MR) maliyyə naziri təyin edilib.
APA xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimovun imzaladığı 16 iyul 2024-cü il tarixli Sərəncama əsasən, Həsən Bayram oğlu İsmayılov Naxçıvan MR-in maliyyə naziri təyin olunub.
Qeyd edək ki, Həsən İsmayılov 27 may 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikası maliyyə nazirinin müavini təyin edilib. O, 10 yanvar 2023-cü il tarixdən isə nazir vəzifələrini müvəqqəti icra edirdi.
"Yeni təyinat" teqi üzrə xəbərlər
Ən çox oxunanlar
Rəylər